.İbn Əbdürrəbbi Əndulusinin yazdıqları. Böyük sünni alimlərindən olan İbn Əbdürrəbbi Əndulusi adı ilə tanınmış Əhməd ibn Məhəmməd Qərtəbi Mərvani Maliki qiymətli kitablardan sayılan «Ələqdül-fərid» adlı kitabının ikinci cildində «Beyət» əhvalatı barədə ətraflı məlumat vermişdir. O yazının xülasəsi belədir ki, Əbu Bəkrə beyət etməkdə müxalif olan şəxslər__ Əli(ə.s), Abbas və Zübeyr Fatimə(s.ə)-nin evində idilər. Əbu Bəkr Öməri onların dalınca göndərdi ki, beyət etməyənri Fatimə(s.ə)-nin evindən çölə çıxarsın. O, Ömərə belə tapşırdı: «Əgər beyətdən imtina etsələr, onlara güc tətbiq etməkdən çəkinmə». Ömər evə od vurmaq istədikdə Fatimə(s.ə) onunla üzbəüz dayanıb buyurdu: __ Ey Xəttabın oğlu, bizim evi yandırmağa gəlmisən? Ömər dedi: __ Bəli! Siz də başqaları kimi beyət edin. Əli(ə.s) evdən çıxıb Əbu Bəkrin yanına getdi və beyət etdi. Görkəmli tarixçi Məsudinin yazdıqları. Məsudi adı ilə tanınmış məşhur tarixçi Əli ibn Hüseyn «Mürrəvicüz-zəhəb» kitabında Abdulla ibn Zübeyrin qiyamı barədə belə yazır ki, Abdulla ibn Zübeyr Məkkədə olan bütün Haşimi övladlarını Əbi Talib tayfasında bir yerə toplamaq qərarına gəlir. Zübeyr ora külli miqdarda odun yığdırır. Əgər o odunlar od tutub yansa idi, Bəni-Haşimin hamısı yanar, onlardan biri də salamat qalmazdı. Məhəmməd Hənəfiyyə də (Əli (ə.s)-ın oğlu) onların arasında idi. O, sonra nəql edir ki, Əbu Abdulla Cədəli dörd min nəfərlə Kufədən Muxtar tərəfindən Məkkəyə göndərilib Bəni-Haşimi bu fəlakətdən qurtardı. Məsudi yazır: «Nofəli öz kitabında Ayişənin qulluğa təyin etdiyi şəxslərdən biri olan Həmmad ibn Səlmədən eşitdiyi qəziyyəni belə təsvir edir: Abdulla ibn Zübeyrin qardaşı Ürvə ibn Zübeyr qardaşına edilən bu məzəmməti eşidəndə qardaşı tərəfdən üzrxahlıq edib deyirdi: «Abdullanın odun yığmaqda məqsədi Bəni-Haşimi qorxutmaqla beyətə razı etmək idi, belə ki Ömər ibn Xəttab əvvəllər Bəni-Haşimi bu yolla beyətə təhrik etmişdi. Ömər Onları yandırmaq üçün odun yığdı, çünki Haşim övladları beyət etməkdən boyun qaçırırdılar». Sonra Nofəli yazır ki, bu şərhi bir kitaba sığmayan bir məsələdir. Biz Əhli-beyt(ə.s)-in fəzilət və həyatı barədə bəhs edən «Hədaiqul-Əzhan» adlı kitabda bu barədə ətraflı şərh vermişik. Böyük alimlərdən bir neçəsinin qeydləri. Böyük şiə alimi mərhum Ələmul-Hüda Seyyid Mürtəza (vəfatı: 436-cı il hicri qəməri, təxminən 1027-ci il miladi) «Əşşafi» adlı kitabında Fatimə(s.ə)-nin evinin yandırılması barədə qaziul-quzatın fikrinin əksinə olaraq yazır: «Əhli-sünnə aləmində ittiham olunmayan şiə təriqətindən başqa digər təriqətlər də evin yandırılması əhvalatını nəql etmişlər. Bu barədə söylənilən rəvayətlərin dəlilsiz rədd edilməsinin heç bir əsası yoxdur». Hadisələri olduğu kimi, obyektiv, doğru-dürüst, qərəzsiz təsvir edən, əhli-sünnə aləmində mötəbər sayılan məşhur tarixçi Bilazəri Mədainiyə əsaslanaraq yazır: «Əbu Bəkr bir nəfər göndərdi ki, həzrəti-Əli(ə.s)-ni beyət etməyə təhrik etsin, lakin o Cənab beyət etmədi. Ömər əlində alov Əli(ə.s)-nin evinə tərəf gəldi. Fatimə(s.ə)-ni bir kənarda dayanmış gördü. Fatimə(s.ə) ona xitabən buyurdu: __ Ey Xəttab oğlu, belə görürəm ki, bizim evi yandırmağa gəlmisən, deyilmi? Ömər: __ Bəli, bu, Atanın Allah dərgahından gətirdiyi şeydən güclüdür. Bu zaman Əli(ə.s) evdən çıxıb Əbu Bəkrə beyət etdi». Şiə tarixçiləri (raviləri) bu hadisəni çox mötəbər, qərəzsiz mənbələrə əsasən qeyd etmişlərlər. Maraqlı burasıdır ki, əhli-təsənnünün böyük raviləri də bu faktı olduğu kimi təsvir etmişlər. İbrahim Səd Səqəfi İmam Sadiq(ə.s)-in hadisə barəsindəki şərhini vermişdir: «Allaha and olsun ki, Əli(ə.s) alovun tüstüsünün evə daxil olduğunu görəndən sonra beyət etdi». Böyük alim Seyyid ibn Tavus (vəfatı 664-cü il hicri-qəməri, təxminən 1262-ci il miladi) Əbu Bəkrin həyatı, Üsamənin ordusunda onun qanunu pozması və Səqifədə xilafəti qəsb etməsi barədə yazdığı «Kəşfül-məhəccə» adlı kitabda oğluna belə deyir: «Törətdikləri ilə kifayətlənməyib Öməri atan Əli(ə.s) və anan Fatimə(ə.s)-nin üstünə göndərdi. Bu zaman Abbas və Bəni-Haşimdən bir neçə nəfər Əli(ə.s) və Fatimə(s.ə)-nin yanında idilər. Onlar cəddin Peyğəmbər(s)-in vəfatı ilə əlaqədar matəm saxlayırdılar. Ömər əmr verdi ki, əgər evdəkilər beyət etmək üçün çölə çıxmasalar, evi yandırsınlar.» Bu faktı «Ələqdül-fərid» adlı kitabın müəllifi həmin kitabın dördüncü cildində, əhli-təsənnündən də bir neçə ravi öz yazılarında işıqlandırmışdır. Mənim bildiyimə görə də, Ömərdən qabaq və sonra nə Peyğəmbər, nə övliyalar, hətta zalımlıq və rəhmsizləkdə ad qazanmış şahlardan heç biri belə bir zülmü (evi içindəki adamlarla birgə yandırmağı) etməmişlər. Hətta kafir hökmdarlar da beyət etməyənləri özlərinə tabe etdirmək üçün belə vəhşiliyə əl atmamışlar. Harda görünüb ki, peyğəmbər, yaxud bir rəhbər insanları zəlalətdən qurtarıb onlara dünya və axirət səadətinə yetişməkdə yol göstərə, Allah-təala onun nübüvvəti vasitəsilə zalımların əsarəti altında əzilən şəhərləri azad edə, sonra həmin peyğəmbər, yaxud rəhbər dünyadan köçə, heç insafmıdır, onun etdiklərinin müqabilində Rəsulullah(s)-ın hər iki dünya qadınlarının xanımı adlandırıb özündən sonra yeganə yadigar qoyub getdiyi qızını iki azyaşlı övladı ilə bərabər yandırmaqla hədələyib incitsinlər?

Теги других блогов: tarix İbn Əbdürrəbbi Əndulusi Məsudi